10:16 24-03-2021
news_image
562
FUTBOL

Millimiz böyükhesablı məğlubiyyətdən qaça bilmir – səfərdə

Azərbaycan millisi tarixində 7-ci dəfə Portuqaliya ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin ilk turunun İtaliyanın Turin şəhərindəki matçına qədər rəqiblər 6 dəfə üz-üzə gəlib.

Yığmamız bu oyunlarda 1 heç-heçə edib və 5 dəfə uduzub. Top fərqi portuqaliyalıların xeyrinədir – 18:1.

4-cü dəfə səfərdə oynayacaq milli rəqib meydanındakı hər üç görüşdə quru hesablı darmadağına üzülüb. Bu qarşılaşmaların bombardiri Bruno Alvesdir. O, üç dəfə fərqlənib.

AVRO-2000-nin seçmə mərhələsi
26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan – 7:0

Sa Pinto, 28, Joao Pinto, 37, 71, Madeyra, 68, Sergio Konseysao, 75, Pauleta 82, 84
4 sentyabr 1999. Bakı. AÇ. Azərbaycan – Portuqaliya – 1:1
Tagızadə, 51; Luiş Fiqu, 90

AVRO-2008-in seçmə mərhələsi
7 oktyabr 2006. Porto. AÇ. Portuqaliya – Azərbaycan – 3:0

Ronaldo, 24, 63, Rikardo Karvalyo, 30
13 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Portuqaliya – 0:2
Bruno Alves, 12, Huqo Almeyda, 45

DÇ-2014-ün seçmə mərhələsi
11 sentyabr 2012. Braqa. DÇ. Portuqaliya – Azərbaycan – 3:0

Varela, 64, Helder Poştiqa, 85, Bruno Alves, 88
26 mart 2013. Bakı. DÇ. Azərbaycan – Portuqaliya – 0:2
Bruno Alves, 63, Huqo Almeyda, 79