16:46 24-03-2021
news_image
241
FUTBOL

Ən dəyərli futbolçular – “Top-5” liqada

CİES futbol observatoriyası Avropanın “Top-5” ölkələrinin ən dəyərli futbolçularının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, mərkəz araşdırmanı oyunçuların transfer dəyərinin klubun dəyərinin neçə faizini təşkil etdiyinə əsasən aparıb.

Bu baxımdan ən reytinqli futbolçu “Mançester Yunayted”in hücumçusu Markus Reşford və Dortmund “Borussiya”sının qolçusu Erlinq Halanddır. Hər iki oyunçunun qiyməti təxminən 150-200 milyon avro aralığında göstərilib. Reşford “qırmızı şeytanlar”ın ümumi transfer dəyərinin 14,8 faizini, Haland isə almanların 21,5 faizini təşkil edir.

Ən dəyərli futbolçular:
1-2. Erlinq Haland (“Borussiya”, Dortmund) - 150-200 milyon (21,5 faiz)
1-2. Markus Reşford (“Mançester Yunayted”) - 150-200 milyon avro (14,8 faiz)
3-6. Kilian Mbappe (PSJ) - 120-150 milyon (22,3 faiz)
3-6. Bukayo Saka (“Arsenal”) - 120-150 milyon (20 faiz)
3-6. Joao Feliks (“Atletiko”) - 120-150 milyon (17,9 faiz)
3-6. Fil Foden (“Mançester Siti”) - 120-150 milyon (10,3 faiz)
7-13. Lautaro Martines (“İnter”) - 90-120 milyon (14,6 faiz)
7-13. Alfonso Devis (“Bavariya”) - 90-120 milyon (14,4 faiz)
7-13. Harri Keyn (“Tottenhem”) - 90-120 milyon (14,1 faiz)
7-13. Trent Aleksander-Arnold (“Liverpul”) - 90-120 milyon (12 faiz)
7-13. Mattiys de Liqt (“Yuventus”) - 90-120 milyon (12 faiz)
7-13. Frenki de Yonq (“Barselona”) - 90-120 milyon (11,8 faiz)
7-13. Timo Verner (“Çelsi”) - 90-120 milyon (11,1 faiz)