11:23 24-03-2021
news_image
112
FUTBOL

Keçilməz qapıçılar – Ederson zirvədə

Avropanın “böyük beşlik” ölkələrində qapısını ən çox toxunulmaz saxlayan qapıçıların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu baxımdan “Mançester Siti”nin qolkiperi Ederson hamını qabaqlayır.

Braziliyalı cari mövsüm 22 görüşdə rəqib futbolçularına keçid imkanı verməyib. Onu “Çelsi”dən Eduard Mendi və “Sevilya”dan Yassin Bono 20 oyunla izləyir. “Lill”in qapıçısı Mik Menyan və “Leypsiq”in dəri əlcək sahibi Peter Qulaçi 18 qarşılaşmanı “quru” keçirib.

Qeyd edək ki, “Top-5” liqada ən çox seyv edən “Lids”in qapıçısı İllan Meledir.