12:00 24-03-2021
news_image
217
FUTBOL

Dünyanın ən yaxşı gənc futbolçuları açıqlandı - ADLAR

Dünyanın ən yaxşı gənc futbolçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sıralama “Goal”ın 44 ölkədə fəaliyyət göstərən jurnalistləri arasında aparılan səsvermə nəticəsində müəyyənləşib.

Ən çox səs toplayan “Barselona”nın hücumçusu Ansu Fati növbəti dəfə ən yaxşı gənc oyunçu mükafatına layiq görülüb. İspaniya millisinin üzvünü “Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqa izləyib. İlk “üçlüy”ü Dortmund “Borussiya”sında çıxış edən Covanni Reyna qapayıb.

Qeyd edək ki, siyahıda 2002-ci il yanvarın 1-dən sonra anadan olan futbolçular yer alıb.