13:44 24-03-2021
news_image
228
FUTBOL

Ən dəyərli “11-lik” – 30 yaşdan yuxarı

Müasir futbolda klublar əsasən gənc oyunçulara üstünlük verirlər.

Apasport.az saytının məlumatına görə, adətən 30 yaşdan yuxarı futbolçular artıq veteran hesab edilirlər.

Ancaq bu yaşı haqlamış elə oyunçular var ki, hələ də dəyərini itirməyib, komandaları üçün mühüm rol oynayırlar. Bu yazıda da 30 yaşdan yuxarı ən dəyərli “11-liy”i təqdim edəcəyik:

Qapıçı: Voyçex Şesnı (“Yuventus”)
Yaşı: 30
Qiyməti: 35 milyon avro

Mərkəz müdafiəçisi: Stefan Saviç (“Atletiko”)
Yaşı: 30
Qiyməti: 25 milyon

Mərkəz müdafiəçisi: Kris Smollinq (“Roma”)
Yaşı: 31
Qiyməti: 17 milyon

Sol cinah müdafiəçisi: Aleks Sandro (“Yuventus”)
Yaşı: 30
Qiyməti: 28 milyon

Sağ cinah müdafiəçisi: Kayl Uolker (“Mançester Siti”)
Yaşı: 30
Qiyməti: 35 milyon

Orta sahə: Toni Kroos (“Real”)
Yaşı: 31
Qiyməti: 50 milyon

Orta sahə: İlkay Gündoğan (“Mançester Siti”)
Yaşı: 30
Qiyməti: 40 milyon

Pleymeyker: Antuan Qrizmann (“Barselona”)
Yaşı: 30
Qiyməti: 60 milyon

Sol vinger: Kriştianu Ronaldo (“Yuventus”)
Yaşı: 36
Qiyməti: 60 milyon

Sağ vinger: Lionel Messi (“Barselona”)
Yaşı: 34
Qiyməti: 80 milyon

Hücumçu: Robert Levandovski (“Bavariya”)
Yaşı: 33
Qiyməti: 60 milyon