14:24 24-03-2021
news_image
116
FUTBOL

Dünyanın ən yaxşı dayaq yarımmüdafiəçiləri - SİYAHI

Dünyanın ən yaxşı dayaq yarımmüdafiəçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma zamanı futbolçuların meydanda hərəkətliliyi və müdafiə xəttinə verdiyi dəstək əsas götürülüb.

Həmçinin oyunçuların az zədələnmələri və cari mövsümdəki performansları nəzərə alınıb. Bu baxımdan hazırda dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisi “Bavariya”nın üzvü Joşua Kimmix seçilib. “Çelsi”nin fransalı oyunçusu Nqolo Kante ikinci, “Real”ın aparıcı simalarından olan braziliyalı Kasemiro isə üçüncü yerdə qərarlaşıb.

Ən yaxşı 20 futbolçu:
1. Joşua Kimmix (“Bavariya”)
2. Nqolo Kante (“Çelsi”)
3. Kasemiro (“Real”)
4. Fabinyo (“Liverpul”)
5. Rodri (“Mançester Siti”)
6. Marselo Brozoviç (“İnter”)
7. Vilfred Ndidi (“Lester”)
8. Deklan Rays (“Vest Hem”)
9. Serxio Buskets (“Barselona”)
10. Fernandinyo (“Mançester Siti”)
11. Pyerr Emil Hoybyerq (“Tottenhem”)
12. İsmael Bennaser (“Milan”)
13. Allan (“Everton”)
14. Jorjinyo (“Çelsi”)
15. İdrissa Queye (PSJ)
16. Mikel Merino (“Real Sosyedad”)
17. Fred (“Mançester Yunayted”)
18. Ruben Neves (“Vulverhempton”)
19. Leandro Paredes (PSJ)
20. Bubakar Kamara (“Marsel”)