14:56 24-03-2021
news_image
103
FUTBOL

Ronaldo ilə yenidən bir araya gələ bilər - Zidan

“Yuventus” mövsümün sonunda baş məşqçi dəyişikliyinə əl atmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Andrea Pirlonun fəaliyyətindən məmnun qalmayan “qoca sinyora” yayda onu istefaya göndərmək fikrindədir.

Turin təmsilçisi artıq yeni çalışdırıcısını da müəyyənləşdirib. Rəhbərliyin bu posta ilk namizədi “Real”ın baş məşqçisi Zinəddin Zidandır. Fransalı mütəxəssis də yenidən Kriştianu Ronaldoya rəhbərlik etməyin əleyhinə deyil. “Yuventus”da ikinci namizəd isə Massimiliano Alleqridir.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran “Yuventus” A seriyasında 3-cü pillədədir.