15:28 24-03-2021
news_image
176
FUTBOL

Kumirini açıqladı – ter Ştegen

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin qolkiperi kumirinin adını açıqlayıb.

Ulduz futbolçu əfsanəvi almaniyalı qapıçı Oliver Kan özünə həmişə nümunə götürdüyünü bildirib: “Qapıçılar arasında mənim kumirim kimdir? Şübhəsiz ki, Oliver Kan. Onun çıxışına həmişə diqqət yetirmişəm”.

Qeyd edək ki, ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir.