17:59 24-03-2021
news_image
173
FUTBOL

Levandovskidən geri qalan hücum cütlükləri – “10-luq”

Son illərin ən qolçu futbolçusu olan Robert Levandovski ənənəsini bu mövsüm də davam etdirir.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın forvardı Bundesliqada aktivinə 35 qol yazdırıb.

Bununla polşalı nəinki “Top-5” liqalardakı hücumçuları, hətta hücum tandemlərini də qabaqlayır. Levandovskiyə ən yaxın cütlük “İnter”in hücumçuları Romelu Lukaku ilə Lautaro Martinesdir. “Neradzurra”nı A seriyasında çempionluğa daşıyan forvardlar birlikdə Levandovskidən 2 qol az vurub.

“Bavariya”nın qol silahının qabaqladığı 10 hücum cütlüyü:

1. Romelu Lukaku & Lautaro Martines - 33 qol
Lukaku - 19, Martines - 14 qol

2. Lionel Messi & Antuan Qrizmann - 31 qol
Messi - 23, Qrizmann - 8 qol

3. Kilian Mbappe & Moyze Kin - 31 qol
Mbappe - 20, Kin - 11 qol

4. Harri Keyn & Xın-Min Son - 30 qol
Keyn - 17, Son - 13 qol

5. Kriştianu Ronaldo & Alvaro Morata - 30 qol
Ronaldo – 23, Morata – 7 qol

6. Luis Suares & Markos Lyorente - 28 qol
Suares – 19, Lyorente – 9 qol

7. Erlinq Haland & Cedon Sanço - 27 qol
Haland – 21, Sanço – 6 qol

8. Luis Muriel & Duvan Zapata - 26 qol
Muriel – 16, Zapata – 10

9. Memfis Depay & Karl Toko Ekambi - 26 qol
Depay – 14, Ekambi – 12 qol

10. Kevin Volland & Vissam Ben Yedder - 26 qol
Volland – 13, Ben Yedder – 13