15:50 24-03-2021
news_image
204
FUTBOL

6 il 8 ay müddətinə cəzalandırıldı - Jozef Blatter

FİFA Müstəqil Etika Komitəsinin Məhkəmə Palatası qurumun keçmiş prezidenti Jozef Blatter və baş katibi Jerom Uolkeni etika qaydaların müxtəlif pozuntularında təqsirli bilib.

Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın mətbuat xidməti xəbər verib.

Blatter və Uolkenin cəzası 6 il 8 ay müddətinə nəzərdə tutulub. Üstəlik, onlar 1 milyon İsveçrə frankı məbləğində cərimə ödəməlidirlər.

2015 və 2016-cı illərdə Blatter və Uolkeyə tətbiq edilmiş qarşı qoyulmuş qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlkinin bitməsindən sonra qüvvəyə minəcək.