10:04 25-03-2021
news_image
609
FUTBOL

Avropada 1 nömrə - Məhəmmədəliyev

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin I turunun ilk oyun gününün ən çox seyv edən qapıçıları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev başçılıq edir.

Milliləşən legioner Portuqaliya ilə səfər oyununda (0:1) 90 dəqiqəyə 14 seyv edib. O, ən yaxın izləyicisi cəbəllütariqli Deyl Koleynqdən 3 qurtarış öndədir.

“Top-5”də Türkiyə millisinin qapıçısı Uğurcan Çakır da yer alıb. O, Məhəmmədəliyevdən ikiqat geridədir – 7 seyv.

“Qarabağ”da Şahruddinin komanda yoldaşı olmuş İbrahim Şehiç də “beşliy”ə düşüb. Bosniya və Herseqovina yığmasının əlcək sahibi cəmi 5 dəfə seyv edib.

1. Şahruddin Məhəmmədəliyev (Azərbaycan) – 14
2. Deyl Koleynq (Cəbəllütariq) – 11
3-4. Uğurcan Çakır (Türkiyə) - 7
3-4. Yessi Yoronen  (Finlandiya) - 7
5. İbrahim Şehiç (Bosniya və Herseqovina) - 5