12:37 25-03-2021
news_image
140
FUTBOL

Ronaldodan şərt – Kərim gəlsin!

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun hansı şərtlərlə “Yuventus”da qalacağı bəlli olub.

Apasport.az saytının məlumatına görə, gələcək karyerası ilə bağlı qərarı mövsümün sonunda verəcək ulduz hücumçu klub rəhbərliyi ilə görüşdə öz şərtini irəli sürəcək.

Ronaldonun yeganə istəyi heyətin daha da gücləndirilməsidir. Futbolçu bu məqsədlə “Real”da komanda yoldaşı olduğu Kərim Benzema ilə yenidən çiyin-çiyinə çıxış etmək arzusundadır.

Onun fikrincə, əgər fransalının keçidi baş tutmasa, eyni tipli hücumçunun alınması zəruridir. Ronaldo həm də dünya səviyyəli yarımmüdafiəçinin də transferi olunması tələbini irəli sürəcək.