13:56 25-03-2021
news_image
118
FUTBOL

3-cü sınaq – Qətərlə

Azərbaycan millisi tarixində 3-cü dəfə Qətərlə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Macarıstanın Debretsen şəhərindəki yoldaşlıq oyununa qədər komandalar iki dəfə üz-üzə gəlib.

Hər iki matç Dohada keçirilib. Millimiz səfərdəki yoxlama oyunlarında uduzmayıb. Hər iki görüşdə qol vuran, amma həm də qapısından top buraxan yığmanın aktivində qələbə və heç-heçə var. 

Millimizin bu matçlardakı ilk qoluna Rüfət Dadaşov imza atıb. İkinci oyunda isə Tərlan Quliyevlə Araz Abdullayev fərqlənib.

29 may 2013. Doha. YO. Qətər – Azərbaycan – 1:1
9 mart 2017. Doha. Qətər – Azərbaycan – 1:2