Azərbaycan millisi növbəti oyununu martın 27-də keçirəcək.
Apapsort.az saytının məlumatına görə, Qətərlə qarşılaşacaq komanda tarixində 2-ci dəfə bu gündə meydana çıxacaq.
İlk belə qarşılaşma 19 il əvvəl baş tutub. 2002-ci il martın 27-də də komandamız yoxlama oyununda gücünü sınayıb.
Həmin vaxt Albaniya ilə görüşən milli Tiranadan məyus dönüb. Yığma səfərdə 0:1 hesabı ilə uduzub.