15:46 25-03-2021
news_image
144
FUTBOL

İki namizəd – Zidanı əvəzləməyə

İspaniyanın “Real” klubu baş məşqçisi Zinəddin Zidanı əvəzləməyə namizədləri müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Fransa millisi və İtaliya “Yuventus”unun maraq dairəsində olan mütəxəssisi Yoahim Löv və Raul əvəzləyə bilər.

Bu, müqaviləsi 2022-ci ildə başa çatacaq Zidanın artıq bu yay vəzifəsini tərk edəcəyi halda baş verəcək. Löv Almaniya yığmasından yayda ayrılacaqsa, Raul “Real”ın ikinci komandası olan “Kastiliya”nı çalışdırır.

Qeyd edək ki, Löv bir müddət əvvəl ispan dili öyrənməyə başlayıb.