16:00 25-03-2021
news_image
263
FUTBOL

Füzuli Məmmədov özünə iş yeri tapdı – I divizionda

“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədovun yeni iş yeri məlum olub.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, o, “Qaradağ Lökbatan”da fəaliyyətə başlayıb.

Ötən ilin noyabrında paytaxt klubundan ayrılan gənc mütəxəssis Nazim Əliyevin korpusunda yer alıb. Məmmədov I divizion təmsilçisi ilə mövsümün sonunadək anlaşıb.

Onun bura gəlişinin səbəbi gələn ay başlaması nəzərdə tutulan “Pro” kateqoriyalı kurslardır.

AFFA-nın tələbinə əsasən, ali dərəcə almaq istəyən məşqçilərin mütləq şəkildə iş yeri olmalıdır. Məmmədova isə bu şəraiti “Qaradağ Lökbatan” rəhbərliyi və baş məşqçisi yaradıb.