17:47 25-03-2021
news_image
192
FUTBOL

Ronaldonun “qurban”ları – millimizə təsəlli

Milli komandada vurulan qolların sayına görə dünya ikincisi olan Kriştiano Ronaldonun “qurban”ları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçunun qapısına ən azı 5 qol vurduğu komandalar müəyyənləşib.

Belə yığmaların sayı 6-ya bərabərdir. Ronaldo Litva və İsveçə daha çox qol vurub. Bu millilər onun 7 zərbəsi qarşısında aciz qalıb.

Kriştiano Andorranı 6 dəfə məyus edib. Ermənistan, Latviya və Lüksemburq isə onun 5 qoluna üzülüb.

Dünən Portuqaliya ilə görüşən (0:1) Azərbaycan millisi bu siyahıdan çox uzaqda olması ilə təsəlli tapa bilər. Düzdür, yığmamız pireneylilərlə 7 qarşılaşmada 19 top buraxıb. Amma Ronaldo bu görüşlərdə yalnız iki qol vurub.