10:09 26-03-2021
news_image
73
FUTBOL

Tarixin üçüncüsü oldu - Lippiyə yaxınlaşdı

İtaliya millisi DÇ-2022-nin seçmə mərhələsinə Şirmali İrlandiya üzərində 2:0 hesablı qələbə ilə başlayıb.

Apasport.az saytının məlumatına görə, Skuadra Adzurra ardıcıl 23-cü matçda da məğlubiyyət üzü görməyib.

Roberto Mançininin kollektivi bunların 18-də qələbə qazanıb, 5-də bərabərə qalıb. Onun rəhbərliyi altında komanda sonuncu dəfə 2018-ci ilin sentyabrında Millətlər Liqasında Portuqaliyaya uduzub. Bu, italyanların 2006-cı ildən bəri ən uğurlu seriyasıdır. Həmin vaxt bu komanda ardıcıl 25 görüşdə məğlub olmayıb.

Bundan başqa, Skuadra Adzurra Mançininin təyinatından bəri ardıcıl 15-ci ev oyununda uduzmayıb. Bununla çalışdırıcı bu göstəriciyə çatan 3-cü məşqçi kimi tarixə düşüb. Əvvəllər millini DÇ-1982-də qələbəyə daşıyan Enzo Bearzot və DÇ-2006-nın qalibi Marçello Lippi bu uğura nail olub.