11:01 26-03-2021
news_image
105
FUTBOL

Söz “davası” – keçmiş ulduzlar arasında

“Yuventus”un vitse-prezidenti Pavel Nedvedlə “İnter”in sabiq müdafiəçisi Marko Materatsi arasında maraqlı söz “davası” yaşanıb.

Apasport.az saytının məlumatına görə, hər şey çexiyalı keçmiş yarımmüdafiəçinin son açıqlamasında qarşı tərəfə söz atması ilə başlayıb.

Nedved “Yuventus”un 2011/12 mövsümündə A seriyasını qazandığı zaman oğlunun liseydə oxuduğunu, indi universitetdə təhsil aldığını və artıq sürücülük vəsiqəsinə sahib olduğunu, “Yuventus”un isə hələ də çempionluğu davam etdirdiyini bildirib.

Materatsi isə bunun cavabını instaqram səhifəsində verib: “Pavel... Karyeranı bitirməzdən əvvəl Çempionlar Liqasını necə qazandığını görmək istəyirik. Uşaqlarım bağçada və birinci sinifdə oxuyanda İtaliya çempionluğunu və dünya çempionluğunu necə qazandığımı gördülər”.

Qeyd edək ki, hazırda “İnter” A seriyasının lideridir, “Yuventus” isə Çempionlar Liqasında mübarizəni dayandırıb.