11:14 26-03-2021
news_image
273
FUTBOL

"Mövcud durumu görəndə yalnız xoşbəxt ola bilərəm" - de Byazinin köməkçisi

“Hər şey de Byazi ilə görüşdən başladı”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millinin məşqçisi Klaudio Belluççi deyib.

Ölkəsi İtaliya mətbuatına müsahibə verən baş məşqçi Canni de Byazinin köməkçisi Azərbaycana gəlişinə də toxunub. O, de Byazidən təklif alanda bunu məmnuniyyətlə qəbul etdiyini söyləyib: “De Byazi ilə şəxsən görüşdük, məni heyətində istədi. Azərbaycana getməyi həvəslə qəbul etdim. Xaricdə yaşamaq qəribədir, amma mövcud durumu görəndə yalnız xoşbəxt ola bilərəm. Canninin Albaniya ilə böyük bir təcrübəsi var, bu, müəyyənedici bir faktordur”.

Qeyd edək ki, yığmamız Canni de Byazinin rəhbərliyi altında DÇ-2022-nin seçmə qrup mərhələsinin ilk oyununda İtaliyada Portuqaliya millisinə 0:1 hesabı ilə məğlub olub.