11:48 26-03-2021
news_image
100
FUTBOL

DÇ-lərin seçmə mərhələlərinin bombardirləri – zirvədə nə Ronaldo, nə də Messidir

DÇ-2022-nin seçmə mərhələ matçlarına start verilib.

Apasport.az saytının məlumatına görə, bununla bağlı olaraq dünya çempionatlarının seçmə mərhələlərinin ən məhsuldar oyunçularının adları açıqlanıb.

30 futbolçunun yer aldığı siyahıya nə Kriştianu Ronaldo, nə də Lionel Messi başçılıq edir. İlk pillədə Qvatemalanın canlı əfsanəsi Karlos Ruiz qərarlaşıb. Ronaldo onun ən yaxın izləyicisidirsə, Messi polşalı Robert Levandovski ilə birlikdə 8-ci yeri bölüşür.

DÇ-lərin seçmə mərhələlərində ən çox qol vuranlar:
1. Karlos Ruiz (Qvatemala) - 39 qol
2. Kriştianu Ronaldo (Portuqaliya) - 30
3. Kazuyoşi Miura (Yaponiya) - 27
4. Andrey Şevçenko (Ukrayna) - 26
5. Luis Suares (Uruqvay) - 25
6. Edin Dzeko (Bosniya və Herseqovina), Karlos Pavon (Honduras), Tim Keyhill (Avstraliya) - 24
7. Yared Borqetti (Meksika) - 23
8. Lionel Messi (Argentina), Robert Levandovski (Polşa) - 22
9. Paulo Vançope (Kosta Rika) - 21
10. Stern Con (Trinidad və Tobaqo), Arçie Tomson (Avstraliya) - 20
11. Zlatan İbrahimoviç (İsveç), Pauleta (Portuqaliya), Vuqan Koveni (Yeni Zelandiya), Ernan Krespo (Argentina) - 19
12. Jozi Altidor (ABŞ), Klint Dempsi (ABŞ), Marselo Salas (Çili), Didye Droqba (Fil Dişi Sahili) - 18
13. Hakan Şükür (Türkiyə), Savo Miloşeviç (Serbiya), Aleksander Frey (İsveçrə), Edinson Kavani (Uruqvay), Dimitar Berbatov (Bolqarıstan), Robbi Kin (İrlandiya), İvan Zamorano (Çili), Samuel Eto (Kamerun) - 17