22:12 26-03-2021
news_image
144
FUTBOL

Niderlandın qənimləri – Yılmaz, Ronaldo...

DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Niderlandı qəbul edən Türkiyə yığması 4:2 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”a 3 xal qazandıran futbolçu het-triklə yadda qalan Burak Yılmaz olub.

Bununla “Lill”in forvardı Niderland yığmasının bir nömrəli qəniminə çevrilib. Çünki Burak son 50 ildə “narıncılar”ı ən çox mərkəzə dəvət edən futbolçu ünvanına yiyələnib.

Onu çexiyalı Yan Koller və portuqaliyalı superulduz Kriştianu Ronaldo izləyir.

Niderlandın son 50 ildəki qənimlərinin ilk “5-liy”i belədir:


1. Burak Yılmaz (Türkiyə) - 6 oyunda 5 qol


2-3. Kriştianu Ronaldo (Portuqaliya) – 6 oyunda 4 qol


2-3. Yan Koller (Çexiya) - 6 oyunda 4 qol


4-5. Qulfi Siqurdsson (İslandiya) – 2 oyunda 3 qol


4-5. Balaş Dzudzak (Macarıstan) – 5 oyunda 3 qol