14:02 26-03-2021
news_image
885
FUTBOL

Ulduz futbolçu ona görə millini tərk etmək istəyib - FOTOSESSİYA

Niderland yığmasının sabiq futbolçusu Uesli Sneyderin keçmiş həyat yoldaşı Yolante Kabay maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı model və aktrisa Sneyderin DÇ-2010-u yarımçıq tərk etmək istədiyini ilk dəfə açıqlayıb.

Buna səbəb isə Cənubi Afrikadakı turnirin gedişi zamanı bu cütlük barədə səslənən fikirlər olub: “Həmin vaxt mən də Uesli ilə Cənubi Afrikaya getmişdim. Haqqımızda çox xəbərlər yayılırdı, mətbuat hər gün bizim münasibətimizi lağa qoyurdu. Bu da Sneyderi çox məyus edirdi. Bir gün o qədər əsəbləşdi ki, millinin düşərgəsini tərk etmək istədi. Onu çətinliklə fikrindən daşındırdım. Mənə önəm verdiyi üçün çox hirslənirdi”.

Qeyd edək ki, Uesli Sneyderin liderlərindən olduğu Niderland yığmas DÇ-2010-un finalında İspaniyaya məğlub olaraq (0:1) çempionluğu əldən verib.