14:36 26-03-2021
news_image
354
FUTBOL

Türkiyə klubu ilə razılığa gəldi - Sarri

“Fənərbaxça” istefaya göndərilən baş məşqçi Erol Bulutun əvəzinə yeni çalışdırıcı axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yeni baş məşqçini mövsümün sonunda təqdim etməyi planlaşdırır.

Almaniya millisinin baş məşqçisi Yoahim Löv əsas namizəd hesab edilsə də, klub prezidenti Ali Koç fərqli addım atıb. Türkiyə mətbuatının iddiasına görə, prezident italiyalı mütəxəssis Mauritsio Sarri ilə görüşüb və ilkin razılığını alıb. 62 yaşlı çalışdırıcının yayda “sarı-lacivərdlilər”in sükanı arxasına keçməsi gözlənilir.

Qeyd edək ki, Mauritsio Sarrinin son iş yeri ötən mövsüm “Yuventus” olub.