15:00 26-03-2021
news_image
153
FUTBOL

Milli komanda səfərə gəmi ilə gedəcək – koronavirusa görə

Nigeriya Futbol Federasiyası Afrika Millətlər Kubokunun seçmə mərhələsində Beninlə oyunöncəsi maraqlı qərarla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, komanda səfər matçına avtobus və ya təyyarə ilə deyil, gəmi ilə yollanacaq.

Buna səbəb koronavirus pandemiyasının yaratdığı problemlərdir. Ölkələr arasında sərhədlərin bağlı olması və hava limanındakı təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmaması nigeriyalıları buna vadar edib. Komanda gəmi ilə 3 saat yol qət edərək, Beninə çatacaq.

Qeyd edək ki, Benin – Nigeriya oyunu martın 27-də keçiriləcək.