15:44 26-03-2021
news_image
109
FUTBOL

İki futbolçu barədə fərqli qərar – “Real”dan

“Real” icarə əsasında digər klublarda çıxış edən iki futbolçusu barədə qərarını verib.

Apasport.az saytının məlumatına görə, söhbət “Tottenhem”in formasını geyinən Qaret Beyl və “Arsenal”da çıxış edən Martin Edeqordan gedir.

“Kral klubu” yayda Beyli “Tottenhem”ə 15 milyon avroya sataraq həm qazanc əldə etmək, həm də ona külli miqdarda maaş ödəməkdən qurtulmaq fikrindədir. Beyldən fərqli, ispanlar Edeqoru “Arsenal”a birdəfəlik satmaq niyyətində deyil. Rəhbərlik onu mövsümün sonunda heyətə cəlb etmək istəyir.

Qeyd edək ki, Beylin “Real”la müqavilə müddəti gələn ilin, Odeqardın sözləşməsi isə 2023-cü ilin yayına qədərdir.