16:29 26-03-2021
news_image
92
FUTBOL

“Əjdaha kimi məşq edir” – komanda yoldaşı Messi haqda

“Barselona”nın müdafiəçisi Ronald Arauxo kapitan Lionel Messi haqda fikir bildirib.

Apasport.az saytının məlumatına görə, gənc futbolçu argentinalı superulduzun oyundakı kimi, məşqdə də qarşılıalınmaz olduğunu söyləyib.

Arauxo həmçinin La Liqada çempionluq mübarizəsindən də söz açıb: “Ümid edirəm ki, Messi daha uzun illər bizimlə qalacaq. O, burada çox yaxşıdır və xoşbəxtdir. Leo əjdaha kimi məşq edir. Bu da komandanın kapitanı olduğu üçündür. Bir neçə ay əvvəl La Liqadakı çempluqdan uzaq olduğumuzu düşünürdük. Ancaq komanda fərqi aradan qaldırmağı bacardı. Bu klubla kubok qazanmaq məni çox xoşbəxt edər”.

Qeyd edək ki, “Barselona” hazırda İspaniya La Liqasında 62 xalla 2-ci pillədə qərarlaşıb.