23:24 26-03-2021
news_image
186
FUTBOL

Halandın qiyməti açıqlandı – 250 milyon xəbəri təkzib olundu

Dortmund “Borussiya” hücumçusu Erlinq Halandın transfer qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl gənc forvardın 250 milyon avroya bərabər olduğu yazılsa da, bu, təkzib olunub.

Almaniya klubu Norveç millisinin üzvünü mövsümün sonunda 180 milyon avro qarşılığında sata biləcəyini menecerlərə bildirib. Dortmund təmsilçisi özü də Halandın satılmasının tərəfdarıdır. Çünki anlaşmaya əsasən, gələn ilin yayında onun sərbəst qalma məbləği 75 milyon avro olacaq.

Qeyd edək ki, “Borussiya” ilə hələ 3 illik müqaviləsi qüvvədə olan Erlinq Haland İngiltərə və İspaniya nəhənglərinin maraq dairəsindədir.