21:13 26-03-2021
news_image
276
FUTBOL

"Qətər millisi taktiki cəhətdən yaxşı komandadır" - Emil Balayev

“Çətin bir komandaya qarşı oynayacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib.

Qətərlə keçiriləcək yoldaşlıq görüşü öncəsi qolkiper mətbuat konfransında fikirlərini bölüşüb: “Qətər millisi həm fiziki, həm də taktiki cəhətdən yaxşı komandadır. Xeyli müddətdir eyni məşqçinin rəhbərliyi altında çıxış edirlər. Portuqaliya ilə müqayisədə Qətər millisinin oyun üslubu haqda az informasiyaya malikik. Bu da oyun ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.

Qeyd edək ki, martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.