11:11 28-03-2021
news_image
264
FUTBOL

La Liqa tarixinin ən bahalı transferləri – SİYAHI

İspaniya La Liqası uzun müddətdir ulduz futbolçulara “qucaq açıb”.

Apasport.az saytının məlumatına görə, “Real” və “Barselona” mövsümün sonunda bu ənənəni davam etdirmək və yeni məşhur simaları heyətinə qatmaq niyyətindədir.

“Kral klubu” Kilian Mbappenin, kataloniyalılar isə Erlinq Halandın keçidində maraqlıdırlar. Adıçəkilən transferlər reallaşarsa, La Liqa tarixinin ən bahalı transferləri ola bilər.

Bu yazıda La Liqa klublarının ən bahalı 20 transferinə göz gəzdirəcəyik. Son illər o qədər yüksək məbləğlər xərclənib ki, hətta vaxtilə braziliyalı Ronaldonun, həmçinin Luiş Fiqunun “Real”a, David Vilyanın “Barselona”ya, Antuan Qrizmannın “Atletiko”ya transferi heç ilk “20-liy”ə düşməyib.

1. Filipp Koutinyo
“Liverpul”dan “Barselona”ya
2018-ci il: 142 milyon funt-sterlinq

2. Joao Feliks
“Benfika”dan “Atletiko”ya
2019: 113 milyon

3. Usman Dembele
“Borussiya” Dortmunddan “Barselona”ya
2017: 96,8 milyon

4. Antuan Qrizmann
“Atletiko”dan “Barselona”ya
2019: 107 milyon

5. Eden Azar
“Çelsi”dən “Real”a
2019: 89 milyon

6. Qaret Beyl
“Tottenhem”dən “Real”a
2013: 85,1 milyon

7. Kriştianu Ronaldo
“Mançester Yunayted”dən “Real”a
2009: 80 milyon

8. Neymar
“Santos”dan “Barselona”ya
2013: 71,5 milyon

9. Frenki de Yonq
“Ayaks”dan “Barselona”ya
2019: 65 milyon

10. Luis Suares
“Liverpul”dan “Barselona”ya
2014: 64,98 milyon

11. Hames Rodriges
“Monako”dan “Real”a
2014: 63 milyon

12. Toma Lemar
“Monako”dan “Atletiko”ya
2018: 64,8 milyon

13. Zlatan İbrahimoviç
“İnter”dən “Barselona”ya
2009: 59 milyon (üstəlik, qarşı tərəfə Samuel Etonun keçidi)

14. Kaka
“Milan”dan “Real”a
2009: 56 milyon

15. Miralem Pyaniç
“Yuventus”dan “Barselona”ya
2020: 54 milyon

16. Dieqo Kosta
“Çelsi”dən “Atletiko”ya
2018: 54 milyon

17. Luka Yoviç
“Ayntraxt”dan “Real”a
2019: 52,4 milyon

18. Zinəddin Zidan
“Yuventus”dan “Real”a
2001: 46,2 milyon

19. Eder Militao
“Porto”dan “Real”a
2018: 45 milyon

20. Ferlan Mendi
“Lion”dan “Real”a
2019: 43,2 milyon