14:50 28-03-2021
news_image
189
FUTBOL

Birlikdə oynadığı ən yaxşı “11-lik” – Fernando Torresin

Ötənlərin məşhur futbolçusu Fernando Torres karyerası ərzində çiyin-çiyinə çıxış etdiyi ən yaxşı futbolçulardan ibarət rəmzi “11-lik” müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Avropa və dünya çempionu simvolik heyətdə özünə də yer verib.

Torres 3-5-2 sisteminə görə formalaşdırdığı komandada İspaniya millisi, “Atletiko”, “Liverpul” və “Çelsi”dəki oyunçulara üstünlük verib.

Qapıçı: Yan Oblak (“Atletiko”)
Müdafiəçilər: Dieqo Qodin (“Atletiko”), Con Terri (“Çelsi”), Karles Puyol (İspaniya millisi)
Yarımmüdafiəçilər: Xavyer Maskerano (“Liverpul”), Xabi Alonso (“Liverpul”), Xavi Ernandes (İspaniya millisi), Stiven Cerrard (“Liverpul”), Andres İnyesta (İspaniya millisi)
Hücumçular: David Villa (İspaniya millisi), Fernando Torres

Qeyd edək ki, Fernando Torres karyerası ərzində adıçəkilən komandalarla yanaşı, “Milan” və “Saqan Tosu”nun da formasını geyinib.