16:33 28-03-2021
news_image
203
FUTBOL

Havayı yola saldığı futbolçular – PSJ-nin

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo performansı ilə Avropanın digər nəhəng klublarının maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, üçün Turin təmsilçisi Fransa millisinin üzvünün transferindən astronomik məbləğdə qazanc əldə edə bilər.

Halbuki Rabyo 2019-cu ildə “qoca sinyora”ya PSJ-dən azad agent statusunda keçmişdi. Rabyonun hansısa kluba keçidi baş verərsə, o, PSJ-ni havayı tərk etdikdən sonra yüksəlişini davam etdirib başqa komandaya böyük məbləğ qarşılığında yollanan ilk oyunçu olmayacaq.

Ulduz futbolçu transferlərinə pul xərcləməkdə çəkinməyən parislilər eyni münasibəti öz yetirmələrinə qarşı göstərmir.

PSJ akademiyasında yetişib başqa kluba havayı keçən ən dəyərli 10 futbolçuya nəzər yetirək.

1. Kinqsli Koman - “Yuventus”
2. Adrien Rabyo – “Yuventus”
3. Matteo Qenduzi – “Loryen”
4. Bubakari Sumare – “Lill”
5. Dan-Aksel Zaqadu – “Borussiya”, Dortmund
6. Tanquy Nianzu – “Bavariya”
7. Adil Oçiçe – “Sent-Etyenn”
8. Tanquy Kulibali – “Ştutqart”
9. Klaudio Qomes – “Mançester Siti”
10. Sumaila Kulibali – “Borussiya”, Dortmund