00:03 29-03-2021
news_image
253
FUTBOL

Ən dəyərli azad agent statuslu futbolçular – simvolik “11-lik”

Bir çox futbolçunun klubu ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Apasport.az saytının məlumatına görə, onlar arasında hələ də komandasının lideri olan simalar var.

Normalda yüksək məbləğdə transfer məbləği tələb edən həmin oyunçular yayda komandalarını havayı tərk edə və yeni kollektivə pulsuz başa gələ bilər.

Hər mövqe üzrə yayda azad agent statusu alacaq ən dəyərli futbolçulardan ibarət simvolik “11-liy”i təqdim edirik:

Qapıçı: Canluici Donnarumma
Klubu: Milan
Yaşı: 22
Qiyməti: 60 milyon avro

Mərkəz müdafiəçisi: Serxio Ramos
Klubu: “Real”
Yaşı: 34
Qiyməti: 14 milyon

Mərkəz müdafiəçisi: Erik Qarsiya
Klubu: “Mançester Siti”
Yaşı: 20
Qiyməti: 20 milyon

Sol cinah müdafiəçisi: David Alaba
Klubu: “Bavariya”
Yaşı: 28
Qiyməti: 55 milyon

Sağ cinah müdafiəçisi: Elseid Hisay
Klubu: “Napoli”
Yaşı: 27
Qiyməti: 14 milyon

Orta sahə: Corcinyo Veynaldum
Klubu: “Liverpul”
Yaşı: 30
Qiyməti: 35 milyon

Orta sahə: Hakan Çalhanoğlu
Klubu: “Milan”
Yaşı: 27
Qiyməti: 35 milyon

Pleymeyker: Lionel Messi
Klubu: “Barselona”
Yaşı: 33
Qiyməti: 80 milyon

Sol vinger: Memfis Depay
Klubu: “Lion”
Yaşı: 27
Qiyməti: 45 milyon

Sağ vinger: Florian Tauvin
Klubu: “Marsel”
Yaşı: 28
Qiyməti: 32 milyon

Hücumçu: Serxio Aquero
Klubu: “Mançester Siti”
Yaşı: 32
Qiyməti: 25 milyon