00:44 29-03-2021
news_image
112
FUTBOL

Ən bahalı transferləri - MLS tarixinin

Avropada oynamaqdan bezən futbolçular adətən 30 yaşdan sonra digər qitələrə yollanmağı üstün tuturlar.

Apasport.az saytının məlumatına görə, son illər əsasən ABŞ-da çıxış etmək sevdalıları artır.

Hətta artıq gənc oyunçuların MLS-ə yollanması halları da müşahidə olunur. Eyni zamanda bəziləri özünü orada yenidən doğrultduqdan sonra Avropaya qayıdırlar.

Bu yazıda da Avropadan MLS-ə və əks istiqamətə üz tutan ən bahalı 10 transferi təqdim edəcəyik.

MLS-dən gedən ən bahalı transferlər
1. Migel Almiron - “Nyukasl”a (27 milyon dollara)
2. Qonzalo Martines – “Əl-Nassr”a (18 milyon)
3. Alfonso Devis – “Bavariya”ya (11 milyon)
4. Jozi Altidor - “Vilyarreal”a (10 milyon)
5. Zak Steffen – “Mançester Siti”yə (7,5 milyon)
6. Mark Makkenzi – “Genk”ə (6 milyon)
7. Brenden Aronson – “Zalsburq”a (6 milyon)
8. Cankarlo Qonzales – “Palermo”ya (5 milyon)
9. Matt Miazqa – “Çelsi”yə (5 milyon)
10. Karlos Qruezo – “Auqsburq”a (4,5 milyon)

MLS-ə gələn ən bahalı transferlər
1. Qonzalo Martines – “Atlanta” (18,5 milyon)
2. Ezekyel Barko – “Atlanta” (15,1 milyon)
3. Brenner – “Çinçinnati” (14,6 milyon)
4. Rodolfo Pizarro – “İnter Mayami” (13,4 milyon)
5. Brayan Rodriges – “Los Anceles” (12,9 milyon)
6. Alexandro Pozuelo – “Toronto” (11,2 milyon)
7. Brian Fernandes – “Portlend” (11,2 milyon)
8. Maykl Bredli – “Toronto” (11,2 milyon)
9. Cermeyn Defo – “Toronto” (11,2 milyon)
10. Alan Pulido – “Sportinq Kanzas Siti” (10,7 milyon)