11:39 27-03-2021
news_image
114
FUTBOL

Yenə uduzacaq? – yığmamız

Yoldaşlıq oyunları çərçivəsində keçiriləcək Qətər - Azərbaycan oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Macarıstanın Debretsen şəhərində təşkil olunacaq görüşdə nominal meydan sahiblərini favorit hesab edir.

Bu gün baş tutacaq matçda Azərbaycanın qələbəsi 5,95, asiyalıların qalib gəlməsi 1,66 əmsaldır. Matçda heç-heçəyə 3,38 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.