12:43 27-03-2021
news_image
220
DİGƏR NÖVLƏR

Dünya çempionatının gözəlləri - FOTOSESSİYA

Bu gün İsveçdə keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatına yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Stokholmdakı yarışı erkən başa vurub.

Bu gün mükafatçıları müəyyənləşdirəcək kişilər və idman rəqslərində təmsilçilərimiz mübarizəni dayandırıb. Kişilərin mübarizəsində 68,43 xalla 27-ci olan Vladimir Litvintsev “24-lük”dən kənar qalıb. 46,19 xalla 30-cu yeri tutan Yekaterina Kuznetsova və Aleksandr Kolosovki dueti də idman rəqslərində “20-liy”ə düşməyib.

Yalnız qadınların yarışında çıxış edən Yekaterina Ryabova iki dəfə buz üzərinə çıxıb. Qısa proqramda 13-cü, sərbəst proqramda10-cu olan təmsilçimiz yekunda 189,46 xalla dünyanın 12-cisi kimi İsveçi tərk edəcək.

Təmsilçilərimiz çempionatın ən gözəl xanım idmançıları siyahısına da düşməyib. Qeyri-rəsmi tərtib olunan siyahıya Viktoriya Sinitsina, Aleksandra Stepanova (hər ikisi Rusiya), Kaylani Kreyn (Avstraliya), Angelina Kuçvalskaya (Latviya), Şira İçilov, Anna Vernikov (hər ikisi İsrail), Aleksa Knirim (ABŞ), Luna Hendriks (Belçika), Eljbyeta Kropa (Litva) və Aleksandra Nazarova (Ukrayna) daxil edilib.