13:11 27-03-2021
news_image
99
FUTBOL

17 yaşlı futbolçu alır – “Barselona”

İspaniyanın “Barselona” klubu heyətinə 17 yaşlı futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi “Valensiya”nın vingeri Fabio Blankonun xidmətində maraqlıdır.

Barselonalılar yaxın günlərdə transferlə bağlı danışıqlara start verəcək. Gənc ispaniyalıya yeni Fernan Torres gözü ilə baxılır. 

Qeyd edək ki, “Mançester Siti”də forma geyinən Fernan da vaxtilə “Valensiya”da oynayıb.