14:07 27-03-2021
news_image
191
FUTBOL

Seksdən imtina etdi – millinin futbolçusu

Qana millisinin futbolçusu Kvame Opoku qeyri-adi etirafı ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, Əlcəzairin “USM Əlcəzair” klubunun 22 yaşlı hücumçusu karyerası naminə seksdən imtina etdiyini açıqlayıb.

O bildirib ki, heç vaxt belə münasibətdə olmayıb: “Bu, mənə futbolçu kimi qalmağa imkan verir. Seksdən imtina etdiyim üçün meydanda güclüyəm”.

Qeyd edək ki, peşəkar karyerasına 2020-ci ildə başlayan Opoku vətənində “Asanti Kotoko”da oynayıb. O, millidə 2 gün öncə CAR-la qarşılaşmada (1:1) debüt edib.