20:21 27-03-2021
news_image
173
FUTBOL

De Byazi istirahət verdi – 7 futbolçuya

Azərbaycan millisinin 7 futbolçusu Qətərlə oyunun heyətindən kənar qalıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi Portuqaliya ilə DÇ-2022-nin seçmə oyununda (0:1) futbolçulara bu dəfə istirahət verib.

Bədavi Hüseynov, Elvin Bədəlov,  Anton Krivotsyuk, Maksim Medvedev, Azər Salahlı, Emin Mahmudov və Əli Qurbani yoxlama görüşündə istirahət edəcək. İtaliyalı mütəxəssis onlara Serbiya ilə seçmə oyunu öncəsi qoruyaraq “23-lüy”ə daxil etməyib. Ötən oyunun bəzi iştirakçıları bu dəfə ehtiyatda qalsa da, sonradan meydana çıxmaq şansını saxlayıb.

Qeyd edək ki, Qətər – Azərbaycan oyunu saat 21:00-da başlayacaq.