21:01 27-03-2021
news_image
191
FUTBOL

Sərtan 249-cu oldu – növbədə 250-cidir

Qətərlə yoldaşlıq oyunu daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, start heyətində yer alan Sərtan Taşkın yığmada ilk matçına çıxıb.

Milliləşən legioner komandanın tarixinə 249-cu futbolçu kimi düşüb. Onadək 248 oyunçu milli forma geyinmişdi.

Ehtiyatda qalan üç futbolçudan – Toral Bayramov, Mehdi Cənnətov və Elvin Cəfərquliyevdən meydana daha tez çıxacaq oyunçu yığmanın 250-ci üzvü olacaq.

Qeyd edək ki, Portuqaliya ilə üç gün öncə keçirilən görüşdə (0:1) də milliləşən legionerlər – Anatoli Nuriyevlə Aleksey İsayev debüt şansı qazanmışdı.