Türkiyə milli komandası tarixi nailiyyətə imza atıb.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə oyununda Norveçi səfərdə 3:0 hesabı ilə məğlub edən “ay-ulduzlular” tarixində 224-cü qələbəsini qazanıb.
Bununla da qardaş ölkə yığması qələbə və məğlubiyyət sayında tarazlıq yaradıb. 224 məğlubiyyəti olan “ay-ulduzlular” belə tarazlığa sonuncu dəfə 1925-ci ildə sahib olub. 96 il ərzində daim məğlubiyyəti qələbədən çox olan komanda nəhayət ki, bu mənfi saldonu dəyişib.
Qeyd edək ki, bu, Türkiyə millisinin 588-ci matçı olub.