23:45 27-03-2021
news_image
393
FUTBOL

"İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü" - Canni de Byazi

“Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans vermişdim. İlk hissə yaxşı çıxış etdik, ancaq fasilədən sonra zəif oynadıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Qətərlə yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. O, 1:2 hesablı məğlubiyyətə şərh verib: “Fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçulardan çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxalq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar. Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm. Rəqibin pressinqinin qarşısını məharətlə aldıq. Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü”.

Qeyd edək ki, millimiz ilk yarıda Ramil Şeydayevin penalti zərbəsi ilə hesabda önə keçsə də, fasilədən sonra 2 top buraxıb.