12:29 28-03-2021
news_image
250
FUTBOL

Qurbanov zirvədə - Şeydayev irəliləyir

Azərbaycan millisinin bombardirlər cədvəlində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Qətərlə yoldaşlıq oyununda (1:2) qol sevinci yaşayan Ramil Şeydayev 6-cı dəfə fərqlənib.

O, 5-dən çox top vuran 8-ci oyunçu olub. Forvard bu göstəricidə Zaur Tağızadəyə çatıb. Cütlük milli tarixinin bombardirləri cədvəlində 7-ci yerə şərikdir. Ramil 4-cü yeri bölüşən üç oyunçudan - Rauf Əliyev, Branimir Subaşiç və Elvin Məmmədovdan bir top geridədir.

Qeyd edək ki, milli tarixinin bombardiri 14 qola imza atan Qurban Qurbanovdur.

Millinin bombardirləri
1. Qurban Qurbanov - 14
2. Vaqif Cavadov - 9
3. Dmitri Nazarov - 8
4-6. Rauf Əliyev - 7
 Branimir Subaşiç - 7
 Elvin Məmmədov - 7
7. Zaur Tağızadə - 6
 Ramil Şeydayev - 6