00:17 28-03-2021
news_image
276
FUTBOL

Yeni rekordçu – Modriç

Luka Modriç Xorvatiya millisinin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi öz ölkəsinin yığmasında ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Kiprlə DÇ-2022-nin seçmə görüşü onun millidə 135-ci qarşılaşması olub. Bununla da Luka sabiq komanda yoldaşı Dario Srnanı geridə qoyub.

Xorvatiya millisinin yeni rekordçusu bu müddətdə 16 qol vurub. O, yığmada 2006-cı ildə debüt edib.

Qeyd edək ki, Xorvatiya Kipri 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.