01:38 28-03-2021
news_image
199
FUTBOL

Liderlərdən sülh, İrlandiya son pilləyə düşdü - qrupumuzda

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Apasport.az saytının məlumatlına görə, Azərbaycan yığmasının yer aldığı A qrupunda II turun iki oyunu keçirib.

İlk turda qələbə qazanan Serbiya və Portuqaliya arasında görüş məhsuldar alınıb. Son Avropa çempionları ilk yarıda iki qol vursa da, meydan sahibləri fasilədən sonra hesabda tarazlıq yaradıb.

İlk matçına çıxan Lüksemburq isə İrlandiya səfərindən qələbə ilə ayrılıb. Ardıcıl ikinci məğlubiyyətini alan ada təmsilçisi isə sonuncu pilləyə yuvarlanıb.

Qeyd edək ki, martın 30-da keçiriləcək III turda iki matç baş tutacaq. Azərbaycan Serbiyanı, Lüksemburq Portuqaliyanı qəbul edəcək.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
A qrupu, II tur
27 mart
Serbiya – Portuqaliya – 2:2

Mitroviç, 46, Kostiç, 60 - Jota, 11, 36
İrlandiya – Lüksemburq – 0:1
Rodriges, 85

Xal durumu: Portuqaliya, Serbiya – 4 xal (2 oyun), Lüksemburq – 3 (1), Azərbaycan – 0 (1), İrlandiya – 0 (2).