10:58 29-03-2021
news_image
324
FUTBOL

Rəşad Sadıqova yeni şərik - Meksikadan

Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər olub.

Apasport.az saytının məlumatına görə, buna səbəb yığmaların iştirakı ilə keçirilən qarşılaşmalardır.

Baş tutan görüşlər 100 və daha çox matç keçirənlərin siyahısındakı yeganə Azərbaycan təmsilçisi Rəşad Sadıqovun mövqeyinə təsir etməsə də, onun şərikləri artıb. Yığmada 111 oyun keçirən millinin sabiq kapitanı artıq 283-298-ci yerləri bölüşür.

Buna Gilyermo Oçoa səbəb olub. O, Meksika millisində 111-ci matçını keçirərək Rəşada çatıb. 

Onların digər şərikləri Qodfri Çitalu (Zambiya), Camal Busuttil (Malta), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Careh Əl-Ətiqi (Küveyt), İqor Akinfeyev (Rusiya), Ehsan Haysafi (İran), Səəd Əl-Muxaini (Oman), Alvaro Saborio (Kosta-Rika), Mehdi Kərim (İraq), Mehdi Mahdavikiya (İran), Odai Əl-Saifi (İordaniya) və Emilio İzaquirredir (Honduras).

Qeyd edək ki, cədvəldə yığmada 100 və daha çox oyun keçirən 541 futbolçu yer alıb. İlk pillədə Misir millisində 184 matç keçirən Əhməd Həssəndir. Avropanın ən yaxşısı isə ümumi sıralamada 4-cü olan ispaniyalı Serxio Ramosdur – 179 oyun.