12:05 29-03-2021
news_image
107
STOLÜSTÜ OYUNLAR

Azərbaycan klubları bir-birinə rəqib oldu – Avropa kubokunda

Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kuboku pley-off mərhələsiylə davam edir.

Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, reqlamentə əsasən pley-offa vəsiqə qazanan 18 komanda burada üç qrupa bölünüb. 

Qrupda ilk üç yeri tutacaq komandalar final mərhələsinə vəsiqə qazanacaq.

Mübarizəni davam etdirən hər iki təmsilçimiz B qrupunda yarışacaqlar. Beləliklə, “Odlar Yurdu” və “Təhsil İdman” B qrupunda “Novy Bor” (Çexiya), “Greco-Notary Chess Team” (Ukrayna), “Chartres Echecs” (Fransa) və “SF Deizisau e.V” (Almaniya) komandalarına rəqib olub.

Pley-off mərhələsi dairəvi sistemlə keçiriləcək və bu gün saat 16:30-da start götürəcək.

Qeyd edək ki, 91 komandanın iştirak etdiyi Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.