14:03 29-03-2021
news_image
182
FUTBOL

Şuker Xorvatiya gözəlindən də ayrıldı - FOTOSESSİYA

Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker şəxsi həyatı ilə bağlı yenidən diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, 53 yaşlı futbol veteranı növbəti sevgilisi ilə də uzun müddət yaşamadan ayrılıb.

Şukeri bu dəfə sabiq Xorvatiya gözəli Kristina Bralo tərk edib. 28 yaşlı model və müğənni ilə qurum rəhbəri arasında münasibətlər hələ ötən ilin sonunda pisləşib.

Şukerin ABŞ-a tək səyahətə çıxması isə Kristinanın səbir kasasını daşırıb. O, əşyalarını yığaraq sabiq futbolçunun evini tərk edib.

Bralo qurum rəhbərinin ona bağışladığı 80 min avroluq “Mersedes” avtomobilini də geri qaytarmaqdan imtina edib. Maşının nömrəsi də xüsusi olaraq seçilib. Burada Kristinanın ad və soyadının hərfləri və doğum tarixi əksini tapıb.

Bu, gənc modellərə sevgisi ilə ad çıxaran Şukerin ilk ayrılığı deyil. O, digər Xorvatiya gözəli Maya Svetkoviç, tanınmış modellər Draqana Radoşeviç və Kristina Bradatsla da sevgi münasibətlərində olub.