18:01 29-03-2021
news_image
226
FUTBOL

Bakıda Ronaldonun sayılmayan qoluna münasibət - Draqan Stoykoviçdən

“Portuqaliya ilə oyun 2:2 hesabı ilə bitib. Artıq həmin matçda deyilik”. 

Apasport.az saytının məlumatına görə, bunu Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç deyib.

DÇ-2022-nin seçmə mərhələsinin III turunun Azərbaycanla Bakıdakı oyunu öncəsi mətbuat konfransı keçirən mütəxəssis Portuqaliya ilə 2 gün əvvəlki matç barədə də danışıb. O, Kriştiano Ronaldonun sayılmayan qolu barədə fikirlərini bildirib: “Bu barədə düşünmək də istəmirəm. Əsas məsələ qarşıdakı görüşlərdir. Ona qalsa, bundan öncə Serbiya ilə matçda Ronaldo ofsayddan qol vurmuşdu. Düzdür, üzr istəmişdilər, amma orada da nəticə dəyişməmişdi. Keçmiş bizim üçün önəmli deyil, əsas Azərbaycanla sabahkı görüşdür. Həmin epizoda bir rakursdan baxanda topun xətti keçdiyini, digər rakursdan izləyəndə isə keçmədiyi görünür. Portuqaliyalılardan soruşsanız, qol olduğunu deyəcəklər, serbiyalılar isə olmadığını bildirəcəklər”. 

Stoykoviç əsas fikirlərinin sabahkı matçda olduğunu qeyd edib: “Açığı, sabah çətin oyun gözləyirəm. Çünki Azərbaycan millisinin baş məşqçisinin kifayət qədər təcrübəsi var. 3 xal üçün çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı bilmirəm”.