23:10 29-03-2021
news_image
146
FUTBOL

“Hər birimiz sarğını hakimin üzünə çırpardıq” – bacısı Ronaldonun müdafiəsinə qalxdı

“Kriştiano millətin rəmzidir. Portuqaliyanı qalmaqalla qarət etdilər. Ronaldo son dəqiqədə bizə qələbə gətirə biləcək təmiz qol vurdu, qiyam etdi və bizim üsyana əsas verdi”. 

Apasport.az saytının məlumatına görə, bu fikirlər Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyroya məxsusdur.

O, DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununun (2:2) son dəqiqəsində vurduğu qol qeydə alınmadığı üçün kapitan sarğısını yerə çırpan qardaşının hərəkətinə şərh verib. Katya sosial şəbəkə paylaşımında Ronaldonu haqlı çıxarıb: “O, dərhal topun xətti 30 santimetr keçdiyini göstərdi, başını yellədi və hakimin fitini gözləmədən soyunub-geyinmə otağına yollandı. Çünki artıq dayanmağa dəyməzdi. Dişi və dırnağı ilə xidmət etdiyi vətəninə qarşı ədalətsizlikdən qəzəbləndiyi üçün kapitan sarğısını da yerə çırpdı. Ağlasığmaz soyuqqanlılıqdır. Çünki bizim hər birimiz Portuqaliya ilə, bizə göstərdiyi haqsızlığa qarşı sarğını hakimin və ya yan xətt hakiminin üzünə çırpardıq. Baş verənlərdən iyrənsək də, televiziyada bəzi “ekspertlər” Kriştianonun tənqid etməyə cürət tapdı”.